Azərbaycanda ən çox satılan avtomobillərin siyahısına “Mercedes Benz” liderlik edir. “Əmlak bazarı iştirakçıları” İctimai Birliyinin icracı katibi Ramil Osmanlı deyir ki, son illərədək ölkəmizdə Rusiya istehsalı olan avtomobillər üstünlük təşkil etsələr də hazırda vəziyyət bir qədər dəyişib. Belə ki, Almaniya istehsalı olan avtomobillər Rusiya avtomobillərini yavaş-yavaş sıradan çıxarmaqdadır: “Hazırda avtomobil bazarında Almaniya istehsalı olan “Mercedes Benz” markalı avtomobil liderlik edir. Bu marka hazırda istənilən avtomobil markasını 3-4 dəfə geridə qoymağa qadirdir. Avtomobil bazarının ikinci ən çox bəyənilən markası olan BMV də hətta “Mercedes Benz”-dən 3-3,5 % geridədir”. R. Osmanlı deyir ki, son illər ölkəmizdə populyarlıq qazanan Yaponiyanın “Toyota”, Cənubi Koreyanın “KİA” , “Hunday” kimi markaları da bəyənilən avtomobillər sırasındadır: “Getdikcə tələb bu avtomobillərin xeyrinə dəyişir”.
Ramil Osmanlının sözlərinə görə, bu gün “Mercedes Benz” markalı avtomobillərdə qiymət azalması 5-10% təşkil edirsə, “Nissan”, “Toyota” markalı avtomobilllərdə 20 %, “Hunday” və “KİA”da isə 25- 30% -dən yüksəkdir. Lakin bütün bunlara baxmayaraq, əgər 2008-ci ildə Azərbaycanda 100 min avtomobil satılırdısa, 2010-cu ildə bu rəqəm 25-30 minə enib. Zaman