HostArmys
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
HostArmys

HostArmys


Bağlı değilsiniz. Bağlanın ya da kayıt olun

İnternetin tarixi....

Aşağa gitmek  Ismarıc [1 səhifə (Cəmi 1 səhifə)]

1İnternetin tarixi.... Empty İnternetin tarixi.... B.e. Noy. 15, 2010 1:21 pm

Admin

Admin
Admin

Bu gün Internet heç kimin dilindən düşmür.
Həyatımızın ayrılmaz hissəsinə çevrilmiş bu şəbəkənin geniş inkişafı kompüter vasitəsilə informasiyanın işlənməsinə olan münasibəti çox dəyişdirmişdir.
İnternetin imkanları genişdir.
İnternet --
· dünyanın müxtəlif hissələrində millionlarla insanın ünsiyyət imkanıdır
· istənilən mə`lumatın alınması və yayımlanması, sazişlərin bağlanması və boş vaxtın keçirilməsi vasitəsidir
· XX əsrin ən böyük nailiyyətlərindən biridir.
İnternetin yaranma tarixi.İnternet dünya ölkələrinin əksəriyyətinin şəbəkələrini birləşdirir.
Bu gün İnternet demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır.
İnternetdə vahid idarəetmə mərkəzi yaxud vahid müdiriyyət yoxdur. Buna baxmayaraq şəbəkənin belə təşkili əslində dərindən düşünülmüş struktur deməkdir. Bu struktur 1969-cu ildə ABŞ Təhlükəsizlik nazirliyi(Pentaqon) tərəfindən işlənmiş ARPAnet layihəsi çərçivəsində qurulmuş və on minlərlə dünya proqramçılarının kollektiv şüuru ilə getdikcə inkişaf etdirilmiş və mükəmməlləşdirilmişdir.1972-ci ildə ARPANET vasitəsilə elektron məktub göndərilməsinə imkan verən proqram yaradıldı. Ilk dəfə @ işarəsi elektron poçt ünvanlarında istifadə edilməyə başladı. 1980-cı ildə bu işarə beynəlxalq standart kimi təsdiqləndi.
1973/1974-cü illərdə TCP/İP protokolu meydana gəldi.
TCP-verilənlərin ötürülməsinə nəzarət edən protokol.
İP-şəbəkədə paketlərin marşrutlanmasını həyata keçirən protokol.
1980-cı illərdə DNS-Domen adlar sistemi yaradıldı.
1989-1990-cı illərdə WWW sistemi yaradıldı.(İngilis alimi Tim Berners Li hipermətnli sənədlər texnologiyasını yaratdı.2004-cü ildə 15 il öncəki kəşfinə görə Beynəlxalq Fond tərəfindən 1 milyon avro mükafat aldı.
1988/89-cu illərdə Kanada, Fransa, İsveç, Almaniya, İsrail, Yaponiya və İngiltərə, 1992-ci ildə Estoniya və Latviya NSFNET vasitəsilə İnternetə qoşuldular.
1990-cı ildə keçmiş SSRİ-də .su domeni fəaliyyətə başladı.
1991-ci ildəelektron poçt xidmətindən istifadə etməyə başlayan Azərbaycanda ilk İnternet bağlantısı 1995-ci ildə həyata keçirilib.
1993-cü ildə ABŞ administrasiyası ilk dəfə olaraq öz rəsmi saytını ([Linkleri görebilmek için üye olun veya giriş yapın.] yaratdı, prezident B.Klinton isə rəsmi elektron poçt ünvanı qəbul etdi.
1994-cü ildə ilk dəfə İnternetdən elektron kommersiya məqsədilə istifadəyə başladılar.
İnternetin əsas xidmətləri
Məlumat alış-verişi
Sifarişlərin yerləşdirilməsi
Özünü tanıtdırmaq
Real vaxt ərzində görüşmələr (Chat proqramları)
İnformasiyanın sürətli ötürülməsi
Köhnə dostların axtarılması (xüsusi hazırlanmış saytlar vasitəsilə)
Elektron poçt ( e-mail );
Telekonfranslar; və s.(USENET)

INTERNET AXTARIŞ SİSTEMLƏRİ
Wais
Archie
Veronica
Google
Yahoo
və s
Fərdi kompüterin internetə qoşulması
1. Dial-Up Adi Telefon xətti sürət 56kbit\san
2.Xüsusiləşdirilmiş telefon xətti (ADSL) - asinxron rəqəmli abunəçi xətti sürət 50Mbit\san
3.Wirelles qoşula bilər.
4.Ayrılmış xətt (Leased Line) müəsisələr üçündür.

Kompüterin internetə qoşulması üçün;

I.Adi modemlə
1.Kompüterdə modem olmalı
2.Telefon xətti olmalı (ATS digital olsa internetin sürəti o qədər yaxşı olar)
3.İnternet provayderdən (internet xidməti verən şirkət) kart alınmalı (saata görə qiymətləri var)

II.Xüsusi modem olan ADSL modemi istifadə edilir. Bu xidməti verən provayderlər olur. Bu halda həm telefon istifadə edilir, həm də internet.

III. Wirelles xidməti kompüterdə Wirelles modem olmalı. Və həmin bölgədə bu xidmət olmalı və kompüterdə ondan internet almalı.

IV. Ayrilmış xəttdən böyük şirkətlər istifadə edir. Burada internetdən istifadə edən kompüterlərin say məsələsi, bir internet nə qədər istifadə edilməsi vacibdir.

İnternetə qoşulmaq üşün müxtəlif proqramlar (Brouzerlər) vardır.
İnternet Explorer, Mozilla FireFox, Opera, Avand Browser və s.

İnternetə bağlantı üsulları
Dial-Up (istifadəçinin kompüteri provayderin serverinə telefon xətti vasitəsilə birləşdirilir) 56kbit/san. Bu rejimin əsas məhdudiyyəti telefon xəttinin keyfiyyətidir.

ADSL(Asymmetric Digital Subscriber Line) – asinxron rəqəmli abunəçi xətti İnternetə kabelli modem ilə 50Mbir/san sürətli bağlantı üsuludur. “Assimmetrik” dedikdə daxil olan və xaric olan informasiyaların sürətlərinin fərqli olması. Şəbəkəyə məlumatlar-32Kbit/san-1Mbit/san ötürülür
Əks istiqamətdə 8Mbit/san
ADSL texnologiyasının tezliyi ilə telefon kanalının tezliyinin ayrılması hesabına Siz İnternetdə olduğunuz zaman telefonla rabitə seansı yarada bilərsiniz.

Ayrılmış xətt İstifadəçinin kompüteri modem vasitəsilə provayderin serverinə telefon xətti ilə deyil, şəbəkə kabeli(hörüklənmiş cütlük) ilə birləşdirilir. Sürət daha böyük 100Mbit/san olur.
Peyk vasitəsilə İnternetə (DirecPC, Europen Online) simmetrik və assimmetrik üsulla bağlantı yaradır. Max sürət 52,5Mbit\san
Internetə kabel televiziyası şəbəkəsinin kanalından istifadə etməklə 2-56Mbit/san sürətlə qoşulmaq olar. Kabelli İNTERNET-ə (“coax at a home”) iki üsulla bağlantı yaratmaq olar
Kabel modemi hər istifadəçi mənzilində qurulur
Kabel modemi bir neçə istifadəçi mənzili olan binada quraşdırılır.

Simsiz texnologiyalar
WIFI (Wireless Fidelity)- simsiz dəqiq informasiya mübadiləsi texnologiyası olub İnternetə geniş zolaqlı bağlantı yaradır. Maksimal sürəti 54Mbit/san, əhatə dairəsi(radiusu) 50-7- metr
WiMax(Woridwide Interoperability for Microwave Access)WIFI-a analoji texnologiyadır. Fərqi əhatə radiusu 50km-ə qədərdir. Sürət 70Mbit/san
RadioEthernet istifadəçilər arasında bölünən 1-dən 10mbit/san-ə qədər sürətlə, 30km radiusda geniş zolaqlı bağlantı

İNTERNET və mobil rabitə
WAP(Wireless Application Protocol) mobil telefonlar üçün simsiz rabitə
İnternet adresləri neçə olur.
WWW (World Wide Web - ingiliscə Ümumdünya toru) termini işlədilir.
Bəs World Wide Web nədir ?
Web İnternetin Gopher, FTP, Telnet kimi xidmətlərindən sadcəə biridir. Lakin məhz rahat qrafik interfeysə malik WWW İnternetin ən populyar və sürətlə böyüyən komponentidir. World Wide Web layihəsi 1969-cu ildə Tim Bernes-Li (Tim Bernes-Lee) tərəfindən CERN yüksək enerji fizikası laboratoriyasında işlənməyə başlamışdı. Layihənin məqsədi bütün dünyada alimlər arasında tədqiqatların nəticələri və ideyalar mübadiləsi üçün vahid bir metodun hazırlanması idi. İlkin variantında Web hipertekst layihəsi adlanırdı. Hipertekst termini hələ 60-cı illərdə Ted Nelson tərəfindən daxil edilmişdi və digər sənədlərə interaktiv göstərici və ya bağlantıları olan tekst demək idi. Bu göstəricilər vasitəsilə oxucu hər hansı söz, ya da ifadəni seçərək uyğun predmet barəsində əlavə informasiya ala bilir. Hipermedia isə daha geniş anlayış olub, multimedia informasiyası daşıyan məlumatları təsvir edir.

Hər hansı internet səhifəsinə girəndə [Linkleri görebilmek için üye olun veya giriş yapın.]

Burada AD-Domanin adıdır. Uzantı olan yer
com - kommersiya ilə məşğul olan təşkilatlar
edu - təhsillə məşğul olan təşkilatlar
org -kommersiya ilə məşğul olmayan təşkilatlar
gov -hökumət təşkilatları
mil -ABŞ -ın hərbi təşkilatları
int -beynəlxalq təşkilatlar
net -şəbəkə xidmətləri göstərən təşkilatlar
Bundan hər bir ölkənin birinci səviyyəli domain olur. Məsələn
.az-Azərbaycan, .ru-Rusiya, .tr-Türkiyə və s.

Hosting
Bundan başqa bu səhifələrin yerləşdiyi bir yer olur. Buna Hosting deyilir. Hosting xidməti verən şirkətlər mövcüddür. Əsasən Azərbaycan saytlarının (web səhifələrinə sayt deyilir) əksəriyyəti xarici hosting-lərdə yerləşir.
Bu həm Azərbaycan telekomunikasiyasının yavaş olması və etibarlılıq baxımından həyata keçirilir.

Bundan başqa web səhifələrinin başında http sözü olur. HTTP- Hipermedia verilənlərdən birgə istifadə etmək imkanı verən bütün bu paylanmış sistem HTTP (HyperText Transfer Protocol - ingiliscə HiperTekst Ötürmə Protokolu) protokolu üzərində qurulmuşdur. HTTP tətbiqi səviyyə və ya proqram səviyyəsində daimi bağlantısız klient-server protokoludur. Klientin bildirişi əsasında serverlə bağlantı qurulur, server tərəfindən klientə cavab verildikdən sonra bağlıntı kəsilir.
İnternet istifadəçisi şəbəkədə digər kompüterlərlə klient-server modeli üzrə mübadilə aparır. İstifadəçiyə İnternet resursları - informasiya və xidmətlərini server adlanan host-kompüter (host - ingiliscə sahib, yiyə, ağa) təqdim edir. İstfadəçi (klient) isə bu resurslara şəbəkə protokolu üzrə informasiyanın uyğun şəkildə gətirilməsini təmin edən klient-proqramlar vasitəsilə müraciət edə bilir.


İnternetdə səhifələr neçə olur.
Hipermedia sənədlərin - web-səhifələrin hazırlanması üçün Web-də istifadə olunan standart dil isə HTML (HyperText Markup Language - ingiliscə HiperTeksti İşarələmə Dili) adlanır. O, hipertekst mübadiləsi üçün konkret platformadan asılı olmayan sadə format kimi daha ümumi dil olan beynəlxalq sənəd mübadiləsi standartı (ISO 8879) SGML-in (Standard Generalized Markup Language - ingiliscə Standart Ümumiləşdirilmiş İşarələmə Dili) əsasında hazırlanmışdır. Burada abzas, başlıq, qrafik təsvir, hipergöstərici, siyahı, cədvəl, müxtəlif tekst formatları kimi hipertekst elementlərinin hər biri HTML-teq (tag - ingiliscə yarlık, etiket) adlanan əmrlər vasitəsilə işarələnir. Əlavə imkanların daxil edilməsi üçün bu əmrlər çoxluğu genişləndirilir, HTML-in yeni versiyaları meydana gəlir. Sabit informativ web-səhifələrlə bərabər dinamik interaktiv səhifələrə də ehtiyac olduğundan artıq HTML-in 2.0 versiyasında interaktiv formalarla işləmə imkanı daxil edildi. Bu element vasitəsilə istifadəçi verilənləri web-brauzerdən daxil edib HTTP-serverə göndərə bilir.


Ölçü vahidləri. İnformasiyanın nəqli sürəti.
Internetə hansı sürətlə qoşulma var:
Normal Dial-Up qoşulması 52 kbp-dən çox olmur. ADSL-qoşulma müqavilə əsasında həyata keçirilir. Bu internet provayderin verdiyi xidmətlə müştərinin razılaşması zamanı təyin edilir.
İnformasiyanın texniki vasitələrin köməyi ilə nəqli, saxlanması və işlənməsi zamanı, o, ikilik kod da, yəni sıfırlar və birlərin ardıcıllığı kimi təsvir edilir.
İnformasiyanın ən kiçik ölçü vahidi bitdir. 1 bit - bir ikilik movqeyin daşıdığı informasiyanın miqdarıdır. 8 bit bir bayta bərabərdir.
1 Kilobit » 103 bit
1 Meqabit » 106 bit
1 Giqabit » 109 bit
1 Terabit » 1012 bit
İnformasiyanın nəqli zamanı onun sürəti saniyədə bitlə və ya saniyədə impulsla (bod (boud) ) ölçülür.
Hər ay İnternet kanalları ilə orta hesabla 30 Terabitdən artıq informasiya nəql edilir. Bu, hərəsi 700 səhifədən ibarət olan 30 million kitaba bərabərdir.

On-line və Off-line iş rejimləri
Brouzer - İnternetdən sizə və sizdən İnternetə informasiya göndərərkən, brouzer müştəri-server sxemindən istifadə edir.

Siz istifadəçi olduğunuz halda kompüterinizdəki müştəri proqramı (brouzer) server adlanan şəbəkə qovşağına qoşulur və ona informasiya almaq üçün sorğu göndərir. Serverdəki proqram, öz növbəsində, bu informasiyanı sizə göndərir və növbəti sorğunu gözləyir. Belə iş rejiminə On-line iş rejimi deyilir (On-line ).
Çoxfunksiyalı bir proqram kimi brouzer avtonom rejimdə - İnternetə qoşulmadan - HTML- sənədlərə və GIF, JPG və ya JPEG formatlı şəkillərə baxmaq üçün istifadə olunur. Bu recim Off-line iş rejimi adlanır.

Araşdırma qrupu ComScore Networks'ün apardığı bir araşdırmaya görə 15 yaşından böyük təxminən 694 milyon insan internet istifadə edir.
Qrupun Çin və Hindistan daxil olmaqla əsas bazarlardan alınan məlumatlara söykənərək 2006-cı ilin mart ayındakı araşdırmaya görə 152 milyon qədər ABŞ'da və 23 9 milyon qədəri Fransadadır. 15 yaşdan yuxarı əhali dünya əhalisinin 14 %-ni təşkil edir. Ən çox internet istifadə edən ölkələr:
ABŞ 152 milyon
Çin 72 milyon
Yaponya 52 milyon
Almanya 32 milyon
ve İngiltere 30 milyon.
Araşdırmaya görə
24 6 milyon internet istifadəçisi Cənubi Koreya siyahının 6-cı yerində
Fransa'da bu rəqəm 23 9 milyon
Kanada'da 19 milyon
İtalya'da 16 8 milyon və
Hindistan'da 16 7 milyon olaraq bilindi.
Siyahıda 11-ci yerdə 13 2 milyon istifadəçi ilə Brazilya gəlir.
İspanya 12 5 milyon
Hollandiya 11 milyon
Rusya 10 8 milyon və
Avistraliya 9 7 milyon
2010-cu il statistikasına görə Azərbaycanda hər 100 adamdan 37-40 nəfəri İnternet istifadəçisidir.
15 yaşıdan aşağı internet istifadəçilərinin sayının ve internet kafe ya da cib telefonundan aparılan internet qoşulmalarının dəyərləndirilmədiyinin aparıldığı araşdırmada internet də keçirilən saatlar mğvzusunda İsrail'in aylıq ortalama 57 5 saatla birinci sırada olduğu bunun ABŞ'dakı ortalamanın iki dəfə çox olduğu bilindi.
İsrail'i sırası ilə Finlandiya Cənubi Koreya Hollandya ve Tayvan'ın gəldiyi görülür.

Dünyada ən çox istifadə edilən internet səhifələrinin başında Microsoft'un MSN saytı olduğu (8 6 milyon istifadəçi) bundan sonra Google (495 8 milyon) və Yahoo'nun (480 2 milyon) olduğu bilindi.

Lüğət
Protokol- iki kompüter arasında informasiya mübadiləsi məqsədilə qəbul edilən qaydalar.
Domen- İnternetdə konkret bir kompüterin mətn formasında ünvanı(adı)
Marşrutizator(router)- paketləri(informasiyanı) bir fiziki şəbəkədən digərinə istiqamətləndirən qurğudur.

ADSL xidməti ilə, internetə limitsiz qoşulma tarifləri: Kbps (Avqust 2010)

1024 - 20 azn
1536 - 25 azn
1792 - 27 azn
2048 - 30 azn
3072 - 40 azn
3584 - 55 azn
4096 - 70 azn
5120 - 105 azn
6144 - 130 azn
7168 - 170 azn
8192 - 220 azn
10240 - 320 azn

https://hostarmys.azerbaijaniforum.com

Əvvələ qayıt  Ismarıc [1 səhifə (Cəmi 1 səhifə)]

Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.